“Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə ola bilər” - RƏSMİ MOSKVA

  • By admin
  • 15 Oktyabr 2020 15:11

Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Burada məsələ ilk növbədə münaqişə tərəflərinin buna hazır olub-olmamasıdır, məhz Azərbaycan və Ermənistanın. Bölgəyə hər hansı sülhməramlıların və ya müşahidəçilərin –  kim olur olsun – yerləşdirilməsi ancaq hər iki tərəfin razılığı ilə mümkündür. Hələlik biz buna cavab eşitməmişik”, – deyə D. Peskov “Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent göndərməyə hazırdırmı” sualına cavabında vurğulayıb.

 

 

Gununsesi.info