
Qəbələdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Zarağan kəndi ərazisində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 99 RG 496 dövlət nömrə nişanlı, “VAZ-21099” markalı maşının sürücüsü yolu keçmək istəyən yaşlı kişini vurub.
Yaralı ağır vəziyyətdə ambulansla xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info