Putin: “Ümid edirəm, ABŞ münaqişənin nizamlanmasına kömək edəcək”

  • By admin
  • 22 Oktyabr 2020 21:44

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Valday” klubu forumunda çıxışı zamanı deyib.

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə Moskvaya gəldilər. Ayın 23-də isə Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tətəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcəklər. Ən yaxşısına ümid edəcəyik”, – deyə Putin bildirib.

 

 

Gununsesi.info