Putin Moskva görüşü ilə bağlı Makronla danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvarda Moskvada keçiriləcək üçtərəfli görüşü ilə bağlı bəzi məsələlər müzakirə edilib”, – məlumatda qeyd olunub.

Gununsesi.info