
Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, sərəncama əsasən Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini general-leytenant Vəli Nağıyev ikinci dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Vəli Nağıyev həm də uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Gununsesi.info