Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

  • By admin
  • 17 Yanvar 2022 16:15

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Gununsesi.info-nun “Report”-a istinadla xəbərinə görə, dəyişikliklə yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanacaq.

 

 

Gununsesi.info