Prezident Dövlət Agentliyinə sədr TƏYİN ETDİ – FOTO

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə yeni sədr təyin olunub.

Gununsesi.info – nun məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifəyə Samir Ayət oğlu İdayətov təyinat alıb.

Qeyd edək ki, o bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Gununsesi.info