
Polşa Prezidenti Anjey Duda Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin (AASQHM) fəaliyyətini dayandıran qanunu imzalayıb.
Gununsesi.info Polşa KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Aparatından məlumat verilib.
Müqavilənin dayandırılması rəsmi Varşavanın müqavilənin rəsmi tərəfi olaraq qalmasına, lakin onun müddəalarına əməl etməməsinə səbəb olacaq.
Xatırladaq ki, AASQHM 1990-cı ildə Parisdə imzalanıb.
Gununsesi.info