
“Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 46 cinayətin üstü “isti izlər”lə açılıb”.
Bu barədə Gununsesi.info-ya DİN sözçüsü Elşad Hacıyev bildirib.
O, daha sonra deyib: “Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş veib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb”.
Gununsesi.info