Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə 27 417 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.

Gununsesi.info