Paytaxtda binanın arxasında qadın meyiti tapılıb

  • By Mina
  • 06 Aprel 2024 10:15

Bakıda naməlum qadın meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, dünən saat 16 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 56 ünvanındakı binanın arxasında qadın meyiti aşkar olunub.

Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info