Paşinyan xalqını hədələdi - MÜHARİBƏYƏ GETMƏYƏNLƏR ƏN AĞIR FORMADA CƏZALANDIRILACAQ

  • By admin
  • 27 Oktyabr 2020 21:37

Ermənistanın baş naziri Nikol Paşinyan xalqına müraciət edib.

Gununsesi.info onun çıxışının əsas tezislərini təqdim edir:

O, deyib ki,  Dağlıq Qarabağı itirməyi gözə ala bilmərik:

“Bunun üçün Azərbaycan tərəfinə güzəştli təkliflər irəli sürdük. Amma onlar bunu rədd etdi. Ermənistanin ehtiyyatlari cox deyil, amma muharibeni bitirmek ucun yeterli silahimiz var”.

Xalqına yalvaran Paşinyan onları  muharibəyə getməyə cagirıb:

“Əmrlərə tabe olmayanlar ən ağır formada cəzalandırılacaq. Bütün dünya ermənilərinin köməyinə ehtiyacımız var. Ermənilərin taleyi risk altındadır. Gedin cəbhədə zəfərinizi qazanın”.

 

GününSəsi