
Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşes Tumanyanı özünə müşaviri təyin edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tumanyan bundan əvvəl Ermənistanın İrandakı səfiri olub. O, bu vəzifədən ötən ayın ortaları azad edilib.
Qeyd edək ki, Tumanyan 1999-2000-ci illərdə baş nazirin birinci müavini, daha sonra prezident administrasiyasının rəhbəri postunu tutub.
Gununsesi.info