Parisi zibil örtüb, şəhər siçovullarla doludur - SƏBƏB

  • By admin
  • 13 Mart 2023 17:01
Fransanın paytaxtı zibilliyə çevrilib. Artıq bir neçə gündür ki, Paris küçələri ərzaq və digər tullantılarla doludur. Heç kim zibil qutuları boşaltmır.
Gununsesi.info bildirir ki, bu barədə “Euronews”un reportajında xəbər verilib.
 Buna səbəb zibil yığanların və tullantı yandıran zavodların işçilərinin tətilidir. Onlar minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya sistemində islahatların əleyhinədirlər.
Zibil yığılmasının 7-ci günü. Qoxu və çürük hər yeri bürüyüb. Heç bir fövqəladə tədbir, hətta Paris meriyasından qismən də olsa tədbirlər görülməyib. Parislilərə qarşı hərəkətsizlik və hörmətsizliyin başqa bir nümunəsi”– deyə nəqliyyat nazirinin müavini Klement Bon Tvitter hesabında bildirib.
Yerli sakinlər və turistlər dözülməz qoxudan, küçələrdə siçovul və siçanların görünməsindən şikayətlənirlər.
Restoran və supermarketlərin sahibləri antisanitar şəraitdən narahatdırlar.
Səlahiyyətlilər zibil yığımına özəl şirkətləri cəlb etməklə problemi həll etməyə çalışdıqlarını bildirirblər.
Tərcümə:
Adil Elxanoğlu