Ordumuzun hərbi texnikası cəmləşmə rayonlarını tutdu - VİDEO

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.