“Ordumuz işğal altındakı vacib yüksəkliklər uğrunda döyüşür” - MN

  • By admin
  • 27 Sentyabr 2020 12:40

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Gununsesi.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:

“Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir”.