Ordumuz Bərdənin də qisasını aldı

  • By admin
  • 28 Oktyabr 2020 11:54

 

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbisi növbəti dəfə müharibə qanunlarını pozaraq, Bərdədə mülki əhalini hədəfə aldı.

Gununsesi.info-nun xəbərinə görə, düşmənin bu terror aktına ordumuz dünən gecə laqyiqli cavab verib.

Belə ki, dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.