Olimpiadaya 19-cu lisenziyanı qazandıq

  • By admin
  • 21 Mart 2021 12:00

Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib.

Gununsesi.info xəbər verir ki, üzgüçümüz Ramil Vəlizadə Olimpiya oyunlarına vəsiqə əldə edib.

O, Türkiyədə təşkil edilən beynəlxal turnirdə çempion olmaqla Olimpiya normativlərini yerinə yetirib.

Azərbaycan bununla da 19-cu lisenziyaya sahib olub.

Gununsesi.info