Oğuzda ağır qəza: MAŞININ MÜHƏRRİKİ YERİNDƏN ÇIXDI

  • By admin
  • 24 Oktyabr 2021 19:14

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun Report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volksvagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info