
İran xarici işlər naziri Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Gununsesi.org xəbər verir ki, danışıqlar bu saatlarda Moskvada start götürüb.
Görüşdə əsas mövzu Dağlıq Qarabağ məsələsi və üçtərəfli razılaşmanın şərtlərinə əsasən, regional nəqliyyat kommunikasiyalarının açılması olub. Paralel olaraq, İranın nüvə proqramı barədə müzakirələrə ələ alınıb.