NATO-nun sammiti bu şəhərdə keçiriləcək

Şimali Atlantika alyansının növbəti sammiti 11-12 iyul 2023-cü ildə Ltvanın paytaxtı Vilnüsdə keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək”, – deyə TASS onun sözlərindən sitat gətirir.

Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.

Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.

Gununsesi.info