Müflisləşmiş bank binasını satışa çıxardı - QİYMƏT

  • By ilhame
  • 09 Dekabr 2021 09:45

“Nəhayət ki, 5 ildən sonra 2016-cı ildə müflisləşmiş “Bank Standard”ın binası hərraca çıxarılır. Saxlanması və mühafizəsinə kreditorlara çatası xeyli vəsaiti xərclənəndən sonra”.

Gununsesi.info bildirir ki, bunu bank işləri üzrə ekspert Əkrəm Həsənov deyib.

“Nəyi gözləyirdilər” deyə sual edən ekspert daha sonra əlavə eeib: “Özü də şəhərin mərkəzində yerləşən 9 241,5 kv. metr sahəli binanın ilkin satış qiyməti 29 mln. manat olacaq. Yəni 1 kv. metrin qiyməti 3180 manat. Bu, o deməkdir ki, daşınmaz əmlak bazarında qiymətlər çöküb”.

Gununsesi.info