Mübariz Mənsimova 5 il cəza təyin olunub

  • By admin
  • 05 Mart 2021 16:15

Xəbər verdiyimiz kimi Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənimsov bu gün ev  dustaqlığına buraxılıb. 

Gununsesi.info türk mediasına istinadən bildirir ki, məhkəmə terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilən həmyerlimizə 5 il cəza təyin edilib.

Məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzası,onun birinci məhkumluğu, himayəsində yaşlı valideynlərinin və azyaşlı uşaqlarının olması əsası ilə ev dustaqlığı ilə əvəzlənib.

Bu gün məhkəmədə son müdafiə çıxışında Mənsimov ittihamları rədd edib.

O,deyib ki,Fətullah Gülən və təşkilatına heç vaxt kömək etməyib:“20 min tələbəyə təqaüd verdim. Dövlətdən başqa heç kimə kömək etmədim. Nazirliklərə və şəhid ailələrinə kömək etdim”.

Gununsesi.info