
Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində atışma baş verib.
Gununsesi.info “TASS” a istinadən xəbər verir ki, insident çoxfunksiyalı dövlət xidmətləri mərkəzində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılardan birinin uşaq olduğu deyilir.
Hadisəyə səbəb mühafizəçinin bir şəxsdən maska taxmasını tələb etməsi olub. Həmin şəxs isə silahını çıxararaq atəş açmağa başlayıb. Sözügedən şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, saxlanılan şəxs keçmiş hərbçidir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gununsesi.info