
Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyalarına görə fövqəladə vəziyyət elan edilib.
Gununsesi.info xəbər verir ki, qərar parlament tərəfindən qəbul edilib.
Monqolustan parlamenti hökumətin Ulan-Batorda fövqəladə vəziyyət elan etmək təşəbbüsünü dəstəkləyib.
Ulan-Batorda 3 gündür etiraz aksiyaları keçirilir. Aksiyalar nəticəsində 4-ü hökumət sarayının təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 6 nəfər yaralanıb. Aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir.
Gununsesi.info