MİQ imtahanlarının vaxtı açıqlandı

“Bu il iyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. O qeyd edib ki, imtahanların vaxtında hər hansı dəyişiklik nəzərdə tutulmur:

“MİQ imtahanları iyul ayında başlayacaq, avqusta qədər davam edəcək. Bu il də işə qəbul zamanı təxminən eyni sayda vakant yerlər elan ediləcək. Bu məsələdə artım dinamikasının davam edəcəyini düşünürük”.

Gununsesi.info