Millimiz ABŞ-da Meksika ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi ABŞ-da Meksika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə jurnalist David Medrano bildirib.

HTML tutorial

Görüşün sentyabrda Minnesota şəhərində baş tutacağı deyilir.

Mərkəzi Amerika təmsilçisi Azərbaycan seçməsi ilə yanaşı, həmin ayda Oman kollektivi ilə də üz-üzə gələcək.

Qeyd edək ki, Meksika yığması ilk olaraq İngiltərədə Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə qarşılaşmağı nəzərdə tutub. Lakin plan baş tutmayıb.

Gununsesi.info