
“Azəristiliktəchizat” ASC-yə bu ilin büdcəsindən 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulub. Siz yəqin ki, məktəblərdəki görüntüləri izləmisiniz.
Gununsesi.info xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O xatırladıb ki, adını çəkdiyi ASC 285 orta məktəbə və 130 bağçaya istilik verməlidir: “Amma bəzilərinə verilməyib. Verilənlərdə də keyfiyyət aşağıdır”.
Fazil Mustafa qeyd edib ki, ötən illə müqayisədə bu quruma 15 milyon manat artıq maliyyə ayrılması ilə məsələ yoluna qoyulmur: “Əsas problemin həll edilməsidir”.
Gununsesi.info