MEMATT sınaqlardan uğurla çıxdı – Video

  • By turana
  • 07 Fevral 2021 19:55

 

Türkiyənin müdafiə sənayesinin istehsalı olan mexaniki minatəmizləyən maşın  MEMATT sınaqlardan uğurla keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Qardaş ölkə Azərbaycana ixrac etdiyimiz MEMATT 2020-ci ilin oktyabr ayından Milli Minatəmizləmə Mərkəzimiz tərəfindən beynəlxalq standartlarda sertifikatlaşdırma testlərinə cəlb olundu və bütün testlərdən keçərək tam qiymət aldı”, deyə Türkiyə MN-nin məlumatında bildirilir.

Qeyd edək ki, MEMATT 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini sürətləndirmək üçün Türkiyədən 20 ədəd MEMATT alıb.