
Meksikada iyunun 6-da keçiriləcək yerli seçkilərlə əlaqədar ilin əvvəlindən bəri onlarla siyasətçi öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Etellekt Consultores” adlı təşkilat xəbər verib.
Bildirilir ki, il başlayandan bəri 200 sui-qəsd cəhdi edilib ki, bunun da nəticəsində 88 siyasətçi həyatını itirib. Qurbanlardan yeddisi qadın olub.
Son sui-qəsdin qurbanı isə 34 yaşlı Alma Barragan olub. O, bir gün əvvəl seçki kampaniyası çərçivəsində insanlarla görüşərkən silahlı hücuma məruz qalıb.
Eyni gün Akapulko bələdiyyə başçılığına namizəd Xose Alberto Alonso Gutyerrezə də sui-qəsd təşkil edilib, lakin o, hücumdan xilas ola bilib.
Xalq etibarlı seçki mühitinin yaradılması üçün hökumətdən kömək gözləyir.
Gununsesi.info