
Mayın 3-də Meksikanın paytaxtı Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.
Gununsesi.info Meksika KİV-nə istinadən xəbər verir ki, yaralı 33 nəfər xəstəxanalarda müalicə olunur, 53 nəfər isə sağalaraq evə buraxılıb.
Xatırladaq ki, ölkədə metro faciəsi ilə əlaqədar 3 günlük matəm elan olunmuşdu.
Gununsesi.info