
Soçidə uğurla keçirilən üçtərəfli sammitdə Vladimir Putin Paşinyan və AB-nin (ABŞ oxu) Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin təmini və Moskvanın regionda təsirini azaltmaq səylərini sıfırladı.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi ekspert, “Milli müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko 26 noyabrda Soçidə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən qeyd edib.
“Praktik olaraq Putin-Əliyev tandemi Paşinyan-Makron tandemindən daha güclü və effektiv çıxdı”, – ekspert qeyd edib.
İ.Korotçenko sammitdən görüntülərlə bağlı da fikirlərini bildirib: “Soçi sammitini izlədim: masa arxasında Paşinyan tutqun və qəmgindir, Əliyev isə sakit və əmin!
Qısa desək, Soçi görüşündə Paşinyan ondan tələb edilənlərin hamısı ilə razılaşdı. Ancaq bu barədə Ermənistanda sonra elan edəcək…”
Gununsesi.info