Makron və Putin Ukrayna məsələsini müzakirə ediblər

  • By admin
  • 12 Fevral 2022 18:40

Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd edilir ki, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.

 

Gununsesi.info