Mərkəzi Bankın xərcləri artacaq

“10 ayda Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib”.

 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

 

“AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb. Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb. Lakin narahatedici məqamlardan biri də təklif tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verərsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın qarşısını almaq üçün AMB sterilizasiya əməliyyatlarının genişlənməsini zərurir edəcək. Bu da hər kəsə aydındır ki, nəticədə Mərkəzi Bankın xərcləri artacaq”, – deyə Mərkəzi Bankın sədri bildirib.

 

Gununsesi.info