Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar VERDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsi ilə bağlı qərar qəbul edib.

Faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edilib. Belə ki, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Gununsesi.info