Günün Səsi
Günün Səsi
  • Bazar ertəsi, Okt 17, 2022
Axtar
  • MANŞET
  • GÜNDƏM
  • SİYASƏT
  • VİDEOLAR
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • REPORTAJ
  • REDAKTOR SEÇİMİ
  • MÜSAHİBƏ
  • SOSİAL
  • MƏDƏNİYYƏT
  • YAZARLAR
  • KRİMİNAL
  • İDMAN
  • SAĞLAMLIQ
  • DİN
  • OLAY
  • MAQAZİN
Axtar
    • MANŞET
    • GÜNDƏM
    • SİYASƏT
    • VİDEOLAR
    • CƏMİYYƏT
    • İQTİSADİYYAT
    • DÜNYA
    • REPORTAJ
    • REDAKTOR SEÇİMİ
    • MÜSAHİBƏ
    • SOSİAL
    • MƏDƏNİYYƏT
    • YAZARLAR
    • KRİMİNAL
    • İDMAN
    • SAĞLAMLIQ
    • DİN
    • OLAY
    • MAQAZİN
  • FLAŞ

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş

  • By gunaytahmaz
  • 17 Oktyabr 2022 14:34

Abşeron rayonu, “Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri Mehralıyeva Aylin Sənan qızı və Əliyeva Zəhra Elşən qızının valideynləri saytımıza müraciət ediblər. 

Gununsesi.info xəbər verir ki, valideynlər “Unikal”a müraciətlərində iddia ediblər ki, onların övladları təhsil aldıqları məktəbdə həmin məktəbin təlim-tərbiyə üzrə müəllimi Zəhra tərəfindən işgəncəyə məruz qalıb.

Sənan Mehralıyev bildirib ki, 1-ci sinifdən övladı həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olub. O qeyd edib ki, danışdıqları bu tədris ilində olub:

“Ötən həftənin 5-ci günü (14 oktyabr) Zəhra Əliyevanın anası uşağı məktəbdən götürəndə ingilis-dili müəllimindən direktora şikayət edib. Direktor deyib ki, istəmirsənsə, övladını götürüb apar. Anası Zəhraya bildirib ki, səni başqa məktəbə aparacam. Uşaq ondan sonra anasına hər şeyi danışıb. Bildirib ki,  Aylini xətkeşlə boğurdular. Zəhranın anası məsələni aydınlaşdırmaq üçün həyat yoldaşıma zəng edib. Bu zaman Aylin ağlamağa başlayıb. Uşaq deyib ki, Zəhraya da iynə vururdular. Bundan sonra Zəhra anası ilə bizə gəliblər. Uşaqlar onlara qarşı olanları danışmağa başlayıblar. Uşaqlar danışıblar ki, əllərini bağlayıb, ağızlarına skoç vururmuşlar. Bunları isə Zəhra müəllimə edirmiş. Hətta sinif rəhbərləri Vüsalə Əsədova da bunun şahidi olub. Uşaqlar deyir ki, tənəffüs zamanı onlara iynə vurublar. Əlində iynələrin izləri var. Uşaqlar deyir bir dəfə qorxub qaçmaq istəyiblər. Ancaq sinif rəhbərləri Vüsalə müəllimə qoymayıb. Deyib sakit oturun. Qızım Aylin deyir ki, iynədən sonra qarşımdakı əşyaları sağ-sola gedən kimi olub. Ondan sonra əlini çimdikləyib ki, hiss edirsənmi? Uşaq da yox deyə cavab verib. Ondan sonra gözünə damcı töküblər. Həmçinin, uşaqlara qara tabletkaya bənzəyən bir şey veriblər. Ondan sonra deyir ağzımız keyiyirdi. Biz bu işin araşdırılmasını istəyirik ki, uşaqlara hansı məqsədlə iynə vurulub?”.

S.Mehralıyev qeyd edib ki, həmin hadisələrin birini də direktor gəlib görüb: “Deyib ki, neçə dənə vurmusuz? Çox vurmayın, uşaq şoka düşər, evdə valideyn şübhələnər. Bununla bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etdik. Qobu polisindən iki təhqiqatçı gəldi. Onlar hadisəni yazdılar. Bundan sonra Abşeron Rayon Prokurorluğuna müraciət etdik. Oradan bizi ekspertizaya yönləndirdilər. Ayağındakı qaralmış izi qeydə aldılar. Əlindəki izləri təsdiqlədilər ki, iynə izləridir. Qızım bildirir ki, iynədən sonra hər gözünə 5 damcı dərman tökürmüşlər. Biz də istəyirik onlarla bizi üzləşdirsinlər ki, bunu nə məqsədlə ediblər? Təhsil Nazirliyinə müraciət etdik. Oradan bizə bildirdilər ki, bu ciddi məsələdir. Bir dəfə qızım dedi ki, ata məni o məktəbdən çıxar. Hamı uşağını oradan aparır. Deyirdim ki, qızım, bir ilin qalıb, ibtiadi təhsili başa vurursan. Bu o demək idi ki, uşaq məktəbə getmək istəmir. Məktəbin kamera görüntüləri də var, onlara baxmaq olar”.

Digər valideyn Elşən Əliyevin sözlərinə görə, qızı Zəhra Əliyeva onlara bildirib ki, məktəbdə ona iynə vurublar. “Müəllimlər deyir uşaqlar yalan deyir. Amma uşaqları ikisini də ayrıca danışdırsanız, eyni sözü deyəcəklər. Təhsil Nazirliyində onları ayrıca danışdırıblar. Biz bu məsələnin araşdırılmasını istəyirik”.

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)

Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)

Gununsesi.info

Oxşar Yazılar:

  1. Ali Məhkəmə NİDA-çılara bəraət verdi
  2. İranda mülki geyimli polislər qadınlara hücum edir
  3. Etirazlara dəstək üçün əvvəlcə hicab geyindi, sonra da… 
  4. Kəlbəcər istiqamətində mövqelərimiz yenə atəşə tutuldu
  5. Xankəndində azərbaycanlıların məzarları belə dağıdılır
  • Previous Adam oğurlayan dəstə üzvləri saxlanıldı
  • Next DGK rəsmisi Astarada vətəndaşları qəbul edəcək

DİGƏR XƏBƏRLƏR

  • 17 Oktyabr 2022 14:48

    XİN-dən Paşinyana

  • 17 Oktyabr 2022 13:25

    “Ermənistan sərhədə artilleriya qurğuları cəmləşdirir”

  • 17 Oktyabr 2022 12:51

    Çexiyada Gəncə hadisələri ilə bağlı sərgi

  • 17 Oktyabr 2022 12:40

    Ermənilərin qəbirləri dağıtması ilə bağlı Ombudsmandan müraciət

  • 17 Oktyabr 2022 09:00

    Rusiya yenidən Kiyevin mərkəzini

  • 16 Oktyabr 2022 20:36

    ABŞ İrandakı etirazları dəstəklədiyini

  • 16 Oktyabr 2022 19:05

    Xankəndində azərbaycanlıların məzarları belə dağıdılır

  • 16 Oktyabr 2022 14:20

    Rusiyanın mövqelərinə zərbə:

  • 16 Oktyabr 2022 14:02

    ABŞ-ın bu addımı nüvə müharibəsinə səbəb olacaq

  • 16 Oktyabr 2022 12:12

    Almaniyalı alim Makrona açıq etiraz məktubu yazıb Azərbaycanı

  • 16 Oktyabr 2022 11:09

    Azərbaycanda qədim daş kitabə tapıldı

  • 16 Oktyabr 2022 11:00

    Mövqelərimiz atəşə

POPULYAR XƏBƏR

  • “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mən? - RASİM MƏMMƏDOV ÜSYAN EDİR
  • Musa Urud: “Ukrayna hökuməti bizə anlayış göstərəcək” - YAP-çı DEPUTAT BMT-DƏKİ SƏSVERMƏDƏN DANIŞDI
  • Putin abırsız, həyasız, qansız, zalım, amansız adamdır - ZƏRDÜŞT ƏLİZADƏ
  • Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı, intihar etdi - TƏFƏRRÜAT + YENİLƏNİB

ARXİV

SON XƏBƏR

Amaliya Pənahovanın oğlu bu ölkəyə səfir təyin olundu 17 Oktyabr 2022 17:02
Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılması iddiasına nazirlikdən REAKSİYA 17 Oktyabr 2022 16:51
Biləsuvarda qazilər həyətyanı torpaq sahəsi verilməməsindən narazıdır 17 Oktyabr 2022 16:35
Aİ İranın Əxlaq polisinə sanksiya tətbiq etdi 17 Oktyabr 2022 16:20
Prezident yeni icra başçısı təyin etdi 17 Oktyabr 2022 16:09
“Makron obyektiv ola bilmir” - Çavuşoğlu 17 Oktyabr 2022 15:54
Leyla Abdullayeva Fransaya səfir göndərildi 17 Oktyabr 2022 15:41
“Laçın və Zəngəzur eyni statusdadır” - Çavuşoğlu 17 Oktyabr 2022 15:30
Bakıda həkim özünü öldürdü -FOTO 17 Oktyabr 2022 15:12
Prezidentin xüsusi nümayəndəsinə yeni müavin təyin edildi 17 Oktyabr 2022 14:55
  • Facebook
  • Instagram
  • Youtube

Haqqımızda

Təsisçi və Baş redaktor: Pərviz Həşimli
Materiallardan istifadə zamanı www.gununsesi.info saytına istinad zəruridir

  • +994 (050) 554 19 80
  • gununsesi@gmail.com
  • +994 (050) 554 19 80

SON XƏBƏR

Amaliya Pənahovanın oğlu bu ölkəyə səfir təyin olundu 17 Oktyabr 2022 17:02
Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılması iddiasına nazirlikdən REAKSİYA 17 Oktyabr 2022 16:51
Biləsuvarda qazilər həyətyanı torpaq sahəsi verilməməsindən narazıdır 17 Oktyabr 2022 16:35

Çox Oxunanlar

  • “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mən? - RASİM MƏMMƏDOV ÜSYAN EDİR 10 Oktyabr 2022 20:39
  • Musa Urud: “Ukrayna hökuməti bizə anlayış göstərəcək” - YAP-çı DEPUTAT BMT-DƏKİ SƏSVERMƏDƏN DANIŞDI 13 Oktyabr 2022 10:27
  • Putin abırsız, həyasız, qansız, zalım, amansız adamdır - ZƏRDÜŞT ƏLİZADƏ 14 Oktyabr 2022 19:14
Günün Səsi

© www.gununsesiaz.info
2013—2020 Məlumatdan istifadə etdikdə istinad mütləqdir