
Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri ilə əlaqədar 1,1 minə yaxın pilotu ixtisar edəcək.
Gununsesi.info-nun məlıumatına görə, həmin pilotların bir hissəsi təqaüdə göndəriləcək.
Qeyd olunur ki, aviaşirkət pandemiya dövründə uçuşların dayanması ilə əlaqədar saatda təxminən 1 milyon avro itki ilə üzləşib.
Bir müddət əvvəl şirkət 22 min ştatı ixtisar etmək və 150 təyyarəni satışa çıxarmaq planlarını açıqlamışdı.
Gununsesi.info