“Lufthansa” Azərbaycana aviareysləri bərpa edir

“Lufthansa” hava yolları şirkəti Frankfurt-Tbilisi-Bakı müntəzəm marşrutu üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Məlumata əsasən, təyyarə reyslərinin iyun ayının 1-dən etibarən həyata keçiriləcəyi gözlənililir.

Uçuşların həftənin çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günlərinə təsadüf edəcəyi bildirilir.

Gununsesi.info