“Limit 2200 kubmetrdən 1200 kubmetrədək endirilib” – “Azəriqaz”ın baş direktoru

“Limit 2200 kubmetrdən 1200 kubmetrədək endirilib”.

Gununsesi.info xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

R.Əliyevin sözlərinə görə, bu, ümumi abonentlərin 51 faizini əhatə edəcək:“Bizim 2020-ci il və son 5 ayın araşdırmasına görə, dəyişiklik

abonentlərin 51 faizini təşkil edəcək. Hazırda 2 milyon 400 min abonentdən 1 milyon 300 minə yaxını qazın 1 kubmetrini 10 qəpikdən istifadə edə biləcək”.

Baş direktor deyib ki, qazın 1200 kubmetrədək qiyməti 10 qəpikdən hesablanacaq. 1200-2500 kubmetr aralığında işlədilən qazın 1 kubmetri 20 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 25 qəpik müəyyənləşdirilib.