
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 21-də Cenevrədə görüşəcəklər.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
“Yanvarın 21-də Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi cənab Blinken arasında danışıqlar olacaq”, – o, brifinq zamanı deyib.
Zaxarovanın sözlərinə görə, tərəflər “təhlükəsizlik təminatlarına dair” sənədləri müzakirə edəcək, həmçinin təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda “mümkün gələcək addımlar barədə qərar qəbul etməyə” çalışacaqlar.
Gununsesi.info