
Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də Moskvada MDB ölkələrinin səfirləri ilə ənənəvi görüş keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
“2020-ci ildə postsovet məkanında inteqrasiya birlikləri çərçivəsində birgə işin nəticələrinin yekunlaşdırılması, həmçinin siyasi, iqtisadi, mədəni və humanitar, eləcə də təhlükəsizliyin təmin edilməsi sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün gələcək addımların müzakirəsi planlaşdırılır”, – Zaxarova qeyd edib.
Gununsesi.info