Lənkərana yağan qarın hündürlüyü 50 sm-ə çatır, şəhərə elektrik verilişi dayanıb -Fotolar

  • By ilhame
  • 14 Yanvar 2024 12:43

Lənkəran şəhərinin mərkəzində elektrik və rabitə dirəkləri, o cümlədən iri gövdəli ağaclar aşıb.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Lənkəran şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır. Ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.

 

Qeyd edək ki, ötən gecədən bu saata kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

 

Hazırda rayon ərazisində qarın yağması davam edir.

Gununsesi.info