
Güclü külək Bakıda bir sıra fəsadlar törədib.
Gununsesi.info xəbər verir ki, noyabrın 10-da müxtəlif saatlarda Su İdman Sarayı – Bibiheybət yolunda hərəkətdə olan 4 yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobillərə maddi ziyan dəyib.
“Son məlumata görə isə, Bakı şəhəri ərazisində əsən güclü külək səbəbi ilə 70-dən çox ağac aşıb”.
Qeyd edilib ki, ağacların aşması nəticəsində bir neçə maşına ziyan dəyib.
Gununsesi.info