Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Şuşanın işğaldan azad olunması münasibəti ilə paylaşım edib.
Gununsesi.info xəbər verir ki, partiyanın rəsmi feysbuk səhifəsindəki paylaşımda deyilir:
“Şuşanın 28 il sonra Ermənistanın işgalından azad edilərək yenidən ana vətənə qovuşmasını coşqu ilə salamlayırıq. Azərbaycanlı qardaşlarımızın yanındayq”.
Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu da özünün feysbuk səhifəsindən Azərbaycan xalqını təbrik edib.
Karabağ’ın kalbi #Şuşa‘nın Ermenistan’ın işgalinden kurtuluşunu ve Azerbaycan Ordusunun şanlı zaferini yürekten kutluyorum.
Gununsesi.info