
Kanada Senatı qondarma “Dağlıq Qarabağ respublikasının müstəqilliyi”ni tanımaqdan imtina edib.
Gununsesi.org azvision-a istinadən xəbər verir ki, bu barədə Senatın “Twitter” səhifəsində məlumat yerləşdirilib.
Qətnamə layihəsinin əleyhinə 53 senator, lehinə 16 nəfər səs verib, 5 senator isə bitərəf qalıb.
Qeyd edək ki, layihənin müəllifi ermənipərəst senator Leo Housakosdır.