
Millət İttifaqının Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bu gün türk gəncliyinə müraciət edib.
Gununsesi.info həmin müraciəti təqdim edir:
Birinci dövrə başa çatdı. Ən böyük həqiqət odur ki, dəyişiklik mesajı qutudan çıxdı. İndi bu ölkədə dəyişiklik istəyənlər istəməyənlərdən daha çoxdur.
Ancaq bu da aydındır, biz belə qəddar bir gücdən qurtulmaq üçün daha çox mübarizə aparmalı olan tərəfik.
Mən də gənc dostlarımdan mesaj aldım. Başımın üstündə. Mən onların narahatçılığını həll edəcəyəm, amma onların da məni eşitmələrini istəyirəm. Qadınları cansız cisim kimi övladlığa götürmək istəyənlərin üzünə bütün yolları açıblar.
Ən böyük pay gənclərə atıldı. Heç bir şey üçün kifayət qədər pulunuz yoxdur. Hətta qəhvə haqqında düşünmək lazımdır. Həyat sevinciniz oğurlandı. Halbuki gənclik qayğısızdır. Bir gün belə yaşamağa imkan vermədilər. Biz mübahisə etdiyimiz kimi, onlar sizə qarşı birləşirlər.
İndi gəlin görək, günün sonunda nəyimiz var? Dibsiz bir qaranlıq… Bilirsinizmi? Gəncliyiniz bir daha gəlməyəcək.
12 günümüz var, bu qaranlıq tuneldən çıxdıq-çıxdıq…
Tərcümə
Afət