Kəlbəcərdə itkin düşən zabitin nəşi tapıldı

Azərbaycan Ordusunun yanvarın 29-da Kəlbəcərdə itkin düşən baş leytenantı Fuad Bağırovun nəşi tapılıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq, müvafiq qaydada ərazidən təxliyə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Allah rəhmət eləsin!

Gununsesi.info