Jurnalistlər binasında bədbəxt hadisə – 3 YAŞLI UŞAQ 16-CI MƏRTƏBƏDƏN YIXILDI

  • By admin
  • 08 İyun 2021 20:05

Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

Gununsesi.info  xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub .

Gununsesi.info