
“Kanal 13” internet tv-nin rəhbəri Əziz Orucovu təhdid edən şəxs saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidməti İdarəsinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkədə yazıb:
“Əziz Orucov sizi təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır. Araşdırmalar aparılır”.
Qeyd edək ki, bir neçə gün əvvəl naməlum şəxs paytaxt küçələrinin birində jurnalistin qarşısını kəsərək, onu fəaliyyətinə diqqət yetirməyi, əks təqdirdə bədbəxt hadisə ilə qarşılacağı barədə təhdid edib.
Günay