
Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.
Gununsesi.info xəbər verir ki, o, “prezident” sözünin ingilis mənşəli olduğunu vurğulayıb.
“ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülürlər. Deyirlər ki, baxın, rusların hətta öz sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, – Jirinovski bildirib.
Siyasətçinin fikrincə, Rusiyada dövlət başçısının “ali hökmdar” adlanması ideal olardı.
O, “çar” titulunun qaytarılması ideyasını rədd edib: “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”.
Gununsesi.info